Yumurtadan əl işləri necə hazırlanır?

13 Oktyabr 2018 11:58

Məktəbli dostlarımız yumurtadan maraqlı əl işləri hazırlayan Fərmayıl Əhmədovun qonağı olublar. Bədii oymaçı 7 ildir bu işlə məşğul olur.Uşaqlar yumurtadan suvenirlərin  hazırlanma qaydası ilə yaxından tanış oldular. Həmçinin birlikdə yumurta üzərində naxışlar çəkdilər.Bir əl işinin hazırlanmasına 3-4 saat, mürəkkəb naxışlı suvenirlərə isə 2-3 gün vaxt sərf olunur. Fərmayılın əl işləri ABAD-ın satış mərkəzində sərgilənir. Oymaçı BƏƏ, İsveçrə, Rusiya, Böyük Britaniya və Oman kimi ölkələrdən sifarişlər alır .