Arzuladığı peşəyə yiyələnə bilməyən xalq artisti bunun səbəbini açıqladı

15 Oktyabr 2018 09:57

“Uşaq vaxtı ən böyük arzum rəssam olmaq idi. Amma atamın istəyinə görə bu arzumu gerçəkləşdirə bilmədim. O, mənim aktyor olmağımı istəyirdi. Atamın arzusunu ürəyində qoymaraq bu  sənətin arxasınca getdim. Bu gün tanınıram, xalq artistiyəm. Heç də peşman deyiləm”. Bu fikirləri tanınmış aktyor Əjdər Həmidov “ARB Günəş”in “Kiçikdən-böyüyə” verilişində nəvəsi Məhəmmədin “Uşaq vaxtı arzuladığınız peşə hansı olub?” sualına cavab verərkən açıqlayıb. Verilişdə baba və nəvə arasında maraqlı söhbət olub. Balaca Məhəmməd babasına sürpriz edib. Belə ki, o gələcəkdə aktyor olmaq istədiyini ilk dəfə olaraq “Kiçikdən-böyüyə” verilişində babasına söyləyib. Xalq artisti Əjdər Həmidov  nəvəsinin bu açıqlamasına çox sevinib. Kiçikdən-böyüyə” verilişi hər həftənin cümə günü saat 18:45-də ölkənin ilk uşaq kanalı “ARB Günəş”in efirində yayımlanır.