Təhsil liqası oyunlarına start verilib

15 Oktyabr 2018 11:18

2018-2019-cu il mövsümü üzrə 8 və 9 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunan “Təhsil Liqası”nın oyunlarına start verilib. Oyunlar “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilir. Liqanın keçirilməsində məqsəd idman məktəblərinin futbol bölmələrində  ibtidai hazırlıq qruplarının fəaliyyətlərinin gücləndirilməsi, uşaqların yarış təcrübələrinin artırılması, onların arasında dostluq əlaqələrinin yaradılmasından ibarətdir.FIFA-nın mövcud qaydaları əsasında keçirilən yarışlar AFFA-nın Hakimlər Komitəsinin təsdiq etdiyi hakimlər heyəti tərəfindən idarə olunur. Liqada iştİrak edən komandalar böyük həvəslə  yarışa hazırlaşıblar.Mövsümün sonunda liqalar üzrə I, II və III yeri tutan komandalara diplom, kubok, medal və qiymətli hədiyyələr təqdim ediləcək. Beş nominasiya üzrə seçiləcək futbolçular xüsusi mükafatlarla təltif olunacaqlar.