Məktəblərdə xarıcı dil necə tədris olunur?

16 Oktyabr 2018 11:49

Şagirdlərin dil biliklərini artırmaq üçün məktəbdə onlara xarici dillər öyrədilir. Tədris dilindən asılı olmayaraq, bütün ümumtəhsil məktəblərində xarici dilin keçirilməsi birinci sinifdən başlanır. Şagirdlər məktəbdə ana dilini  öyrənməklə bərabər ingilis dilini də yiyələnirlər. Birinci sinifdən üçüncü sinifə qədər şagirdlərə ingilis dili şəkillər, əşyalar və oyun vasitəsilə keçilir. Bu zaman uşaqlara ingilis dilində sadə sözlər və cümlələr öyrədilir.Üçüncü sinifdən başlayaraq ingilis əlifbası tədris edilir və qrammatika haqqında məlumat verilir. Hazırda 2-ci siniflərə  ingilis dili dərsi həftədə bir dəfə tədris olunur.   Məktəblilərə qısa müdətdə xarici dil öyrədilsə də artıq bəzi sözlərin tərcümələrini və mənalarını bilirlər. Xarici dil uşaqlara dörd məzmun xətti üzrə keçirilir. İngilis dili müəllimi Qənirə Xudaverdiyeva deyir ki,şagirdlərə  öyrədilən xarici dilin efekti kiçik yaşlardan -  birinci sinifdən daha yaxşı olur.Nəticə də uşaqlarda dil vərdilşləri erkən formalaşır. Hazırda ümumtəhsil məktəblərində tədrisi nəzərdə tutulan xarici dil kimi ingilis, alman, fransız, rus, ərəb və fars dilləri arasından seçilir.