14 -15 yaşlı məktəblilər arasında futbol yarışı başlayıb

16 Oktyabr 2018 12:01

10-14 yaş futbolçulardan ibarət komandalar arasında keçirilən Azərbaycan çempionatının 4-cü turuna start verilib. Ölkəmizin Şimal regionundan 50-yə yaxın komanda birincilik uğrunda mübarizə aparır. Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran  rayonlarını təmsil edən heyətlər arasındakı oyunlar Quba Olimpiya Kompleksində keçirilir.Komandalar üç dövrə üzrə yarışacaqlar. İlk 3 yeri tutan komandalar 1/8 final mərhələsində mübarizə aparacaq.Çempionat respublikanın 12 regionunu əhatə edir. Yarışda 500-dən yuxarı komanda gücünü sınayır. Azərbaycan birinciliyinə gələn ilin mayında yekun vurulacaq.