3 ilə 200-dən çox kitab oxuyan Fərizə

17 Oktyabr 2018 11:09

Qusarda yaşayan dostumuz Fərizə mütaliəni çox sevir. O, 3 ildir bədii ədəbiyyat oxuyur. 12 yaşlı məktəbli Azərbaycan yazarları ilə bərabər dünya klassiklərinin yaradıcılığına da  müraciət edir.Məktəbli dostumuz sinif yoldaşlarına da kitabları sevdirməyi bacarıb. Mütaliə həvəskarları həftədə 2-3 dəfə kitabxanaya gəlirlər.  Qusar rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Zahir Mustafayev deyir ki, fəal oxucular üçün xüsusi stendlər quraşdırılıb. Bu lövhələrdə mütaliə həvəskarlarının fotoşəkilləri yer alır. Qusar rayon Mərkəzi Kitabxanası bu ildən etibarən səyyar kitabxana layihəsinə start verib. Məqsəd ucqar yerlərdə yaşayan uşaqların mütaliəyə marağını artırmaqdır.