Xaçmazda "Mütaliə bayramı" keçirilib

17 Oktyabr 2018 11:17

Mütaliə bayramında 100-dən çox uşaq ədəbiyyatı sərgilənib. Onların arasında kitabxanaya yeni gətirilmiş ədəbiyyatlar da yer alıb.  Uşaqlar tədbirdə şeir söyləyib, mahnı ifa edib, oxuduqları kitablar haqqında müzakirələr aparıblar.Kitabxanaçılar deyir ki, sərgini böyük həvəslə təşkil ediblər. Çünki, uşaqların kitaba marağının artırılması kollektivin qarşısında duran əsas məqsədlərdəndir.  Xaçmaz Rayon Mərkəzi Kitabxanasının Uşaq Şöbəsinin fondunda 16 mindən çox ədəbiyyat var. Şöbənin 2 minə yaxın azyaşlı oxucusu var.