Çaylarda suyun səviyyəsi necə ölçülür?

18 Oktyabr 2018 12:06

Yayda çaylarda suyun səviyyəsi az  olur. Payızda isə hava yağmurlu olduğundan  artır.  Nəticədə çaylarda sel yaranır. Bəs çayda suyun səviyyəsini necə təyin etmək olar?Quba şəhər 4 saylı humanitar fənlər təmayüllü məktəb-liseyin şagirdləri Qudyalçayın sahilinə ekskursiya ediblər. Məktəblilər müəllimin köməyi ilə müvafiq ləvazimatlardan istifadə edərək çayda suyun səviyyəsini ölçüblər.  Məktəblilər çayın mənbəyi, mənsəbi və subasar sahə haqqında da bilgilər əldə ediblər.Coğrafiya müəllimi Aybəniz Quliyeva deyir ki, şagirdlər hər hansı prosesi əyani olaraq  öyrənəndə dərs yaddaşda daha yaxşı qalır. Çaylarda suyun səviyyəsi hidroloqlar tərəfindən vaxtaşırı ölçülür. Hava haqqında məlumatlara bu informasiya da daxil edilir.  Çaylarda suyun səviyyəsinin ölçülməsində  tamasa adlanan xətkeşdən və xüsusi elektron cihazlardan  istifadə olunur.