Uşaq vaxtı həddindən artıq xəyalpərəst olmuş fizik kimdir?

18 Oktyabr 2018 12:13

Müasir fizika elminin yaradıcısı Isaak Nyuton 4 yanvar 1643 – cü ildə dünyaya gəlib. O, İngiltərənin Vulstorp kəndində kiçik fermer ailəsində doğulub. Kiçik yaşlarından nənəsinin himayəsində böyüyüb. İsaak tez-tez xəstələnib, adamyovuşmazlığı ilə seçilib və həddindən artıq xəyalpərəst olub. Uşaq yaşlarından daha çox poeziya və rəssamlıq ilə maraqlanıb. Balaca Nyuton hələ o vaxtdan su saatı icad edib və hər kəsi təəcübləndirib. İbtidai məktəbdə oxuyarkən Nyutonun dərsləri zəif olub. Sinif yoldaşları da onu sevmirdi. Amma çox çalışdıqdan sonra İsaak oxuduğu məktəbdə birinci olub. Bir gün dayısı onu öz yaşına tamamilə uyğun olmayan riyazi məsələlərə maraq göstərdiyini görüb. Uşağın anasına İsaakın təhsilini davam etdirməsinin vacib olduğunu deyib. Və ciddi hazırlıqdan sonra gənc Nyuton Kembric universitetinə qəbul olub. Amma İngiltərədə taun epidemiyası yayıldığı üçün kəndə qayıdıb. Evdən çıxmayaraq çalışmağa başlayıb. Uşaqlar bəs siz bilirdiniz ki birinci güzgülü teleskopu da Nyuton icad edib? O həm də dünyaca məşhur “Təbiət fəlsəfəsinin riyazi əsasları” və “Optika” əsərlərini yazıb. Dahi alim İsaak Nyutona həm də müasir fizika elminin atası deyirlər.Uşaqlar bəs Nyutonun başına alma düşməsi hekayəsini eşitmisiz? Lətifəyə görə, bir gün Nyuton alma ağacı altında oturur və bu zaman onun başına alma düşür. “Niyə görə alma hər zaman yerə perpendikulyar şəkildə düşür?” deyə o fikirləşib. Və bu hadisədən sonra yerin cazibə qanununu kəşf edir.Nyutonun abidələrindən birinin üzərində, bu sözlər həkk edilib:  «Nyuton — bəşəriyyətin yaraşığıdır».