Uşaqlarda anemiya xəstəliyi necə müalicə olunur?

18 Oktyabr 2018 12:21

Azərbaycanda anemiya  diaqnozu qoyulan uşaqların sayı artıb. Statistik göstəricilərə əsasən  2011-ci ildə Azərbaycanda ilk dəfə anemiya diaqnozu ilə qeydə alınmış 18 yaşadək xəstə uşaqların sayı 20 min 425 nəfər olduğu halda, 2014-cü ildə bu rəqəm 24 min 769, 2016-cı ildə 28 min 948, 2017-ci ildə 29 min 167 nəfər olub. Anemiya qanın vahid həcmində hemoqlabinin miqdarının azalmasıdır.Bu da orqanizdə olan qanın azalmasına gətirib çıxarır.  Anemiyanın baş verməsinə orqanizmdə dəmir çatışmazlığı səbəb olur və bu  "Dəmir defisitli anemiya" adlanır. Anemiyadan əziyyət çəkən insan qrupları arasında uşaqlar və hamiləlik dövrü keçirən qadınlar çoxluq təşkil edir.Bəs bu xəstəliyin müalicəsi necə həyata keçirilir?Dərman müalicəsi ilə yanaşı, xəstəyə dəmirlə zəngin qidalar verilməlidir. Mal əti, kartof, kələm, kök, balıq, çiy yumurta, düyü, qaraciyər belə qidalardandır. Həmçinin xəstənin qida rasionuna buğda, arpa, noxud, paxla da daxil olunması məsləhət görülür.