Qubada uşaqlardan ibarət yeni skripka qrupu yaradılıb

19 Oktyabr 2018 11:51

Quba Uşaq İncəsənət məktəbinin skripka şöbəsi 20 ildən artıqdır ki, fəaliyyət göstərir. Musiqi məktəbi hər il olduğu kimi bu il də istedadlı musiqiçiləri ətrafına toplayıb. Qrupun repertuarında bir-birindən maraqlı musiqilər yer alıb. İstedadlı dostlarımız həm yerli bəstəkarların, həm də dünya şöhrətli musiqiçilərin  yaradıcılığına müraciət edirlər. Skripka müəllimi Şəlalə Seyidzadə deyir ki, uşaqlardan ibarət musiqi qrupunu formalaşdırmaq çətin olur. Çünki, qrup şəklində ifa edən zaman musiqiçilərin hərəkətlərini izləmək lazımdır. Bunun üçün yüksək musiqi duyumu olmalıdır.Skripka qrupu regionda təşkil olunan tədbirlərdə iştirak edir. Hazırda gənc musiqiçilər yeni ifalar üzərində çalışır.