"ARB Günəş"in əməkdaşı təltif olunub

19 Oktyabr 2018 12:00

"E media Group”un təşkilatçılığı ilə Milli Müstəqillik gününə həsr olunan  bayram tədbiri keçirilib. Tədbir Nizami Kino Mərkəzində baş tutub. Öncə bu günün mühüm tarixi əhəmiyyətindən danışılıb. Daha sonra Azərbaycanın gənc dövlət olaraq keçdiyi yolu əks etdirən videoçarx nümayiş olunub. Tədbirdə KİV nümayəndələrinə və idmançılara diplomlar təqdim edilib.  “ARB Günəş”in əməkdaşı Ülvi Məmədov  “Kütləvi İnformasiya Vasitələrinin ölkəmizin sosial-iqtisadi  cəhətdən qüdrətlənməsi yolunda uğurlu fəaliyyətinə görə” təltif olunub.Tədbirdə iştirak edən millət vəkilləri, incəsənət nümayəndələri hər kəsi Müstəqillik günü ilə əlaqədar təbrik edib, xoş  arzularını çatdırıblar.