Uşaqları idmana başlamazdan əvvəl valideynlər nələri bilməlidir?

19 Oktyabr 2018 12:07

Uşaqlar arasında idman həvəskarları çoxdur. Övladlarının istəyini nəzərə alan valideynlər bəzən tərəddüd etmədən onları idmana yazdırırlar. Lakin qan azlığı, ürək qüsuru olan uşaqların ağır idman növləri ilə məşğul olması təhlükəlidir.Əməkdar məşqçi Ramin Məmmədov deyir ki, idmanla məşğul olmazdan əvvəl mütləq həkim müayinəsindən keçmək lazımdır. Çünki uşağın səhətində elə problem ola bilər ki fiziki hərəkətlər sağlamlığında ciddi fəsadlar yarada bilər. Həkimlərin sözlərinə görə idman hərəkətləri uşaqların inkişafı üçün vacibdir. Lakin kiçik yaşlı uşaqlar gərgin məşqlərə dözmür. Həmçinin idmanın elə ağır növləri var ki, uşaqları boy baxımından fiziki inkişafdan saxlayır. Dostlar idman növü seçən zaman çalışın öz yaşınıza uyğun idman seçin. Əgər atletizm idman növünü seçmək istəyirsinizsə yaşınız 10-12 olmalıdır. Boks üçün minimum yaş 13-14, gimnastika üçün 6-7, futbol üçün 10-12, üzgüçülük üçün 3-7, cüdo üçün isə 8-10 yaş olmalıdır.