Uşaq musiqiləri niyə az yazılır?

20 Oktyabr 2018 12:59

Bura Quba şəhər 1 saylı körpələr evi-uşaq bağçasıdır. Tədris ocağında balacalara həftədə 3 dəfə uşaq musiqiləri keçilir. Bağçada balacalara azərbaycan bəstəkarlarının sözlərinə yazılan musiqilər haqqında məlumatlar verilir. Həmçinin burada fidanlar maraqlı mahnılar və musiqilər ifa edirlər. Maraqlıdı görəsən dostlarımız hansı uşaq musiqilərini bilirlər?Bağçalarda uşaq musiqilərinə geniş yer verilsə də bu sahədə yazarlar demək olar ki, yox səviyyəsindədir. Oxunan əksər mahnılar isə ötən əsrdə yazılan musiqilərdir. Bağçanın musiqi müəllimi Şükufə Rüstəmova  deyir ki, uşaqların musiqilərə marağı olduqca böyükdü. Xüsusilə Oktay Zülfiqarovun, Ağabacı Rzayevanın, Qəmbər Hüseynlinin bəstələdiyi musiqilərə daha çox müraciət olunur.  Bəstəkarlar deyir ki, uşaq musiqilərinin azlığı bu sahənin az gəlirli olmasıdır. Demək olar ki, bu sahə boş qalıb. Barmaqla sayılacaq uşaq yazarları var ki, onlarda bu sahədən uzaq düşüblər. Uşaq musiqiləri həm də balacaların estetik zövqünün formalaşmasında mühüm rol oynayır. Həmçinin uşaqların sağlam ruhda böyüməsinə yardımçı olur.