ATU-da Aprel Şəhidləri anılıb

20 Oktyabr 2018 15:22

Azərbaycan Texniki Universitetində aprel döyüşlərində  şəhid olmuş  məzunların xatirəsi anılıb. Tədbirdə müəllimlər, tələbələr, şəhidlərin valideynləri və yaxınları iştirak ediblər.  Əvvəlcə iştirakçılar şəhid məzunların xatirəsinə ucaldılan abidə kompleksi önünə gül dəstələri düzüblər. Anım tədbiri Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.Daha sonra vətən uğrunda canını fəda edən igidlərin göstərdiyi qəhrəmanlıqlardan danışılıb. Anım mərasimində şəhid Müşviq Orucova həsr olunan “Aprel günəşi” və şəhid Mahir  Quliyevə həsr olunan “Dərdim nurludur” filmləri nümayiş olunub.