Tanınmış pedaqoqdan valideynlərə çağırış: “Böyüklər öz uşaqlarına kitab alsınlar, telefon almasınlar!”

23 Oktyabr 2018 11:08

Bu sözləri “ARB Günəş”in efirində yayımlanan “Kiçikdən-böyüyə” verilişinin qonağı olan yazıçı, tanınmış pedaqoq Zahid Xəlil balaca Gülnurun suallarına cavab verərkən deyib. O, böyüklərin uşaqlarla davranışı ilə bağlı maraqlı fikirlərini açıqlayıb. ”Mən öz tələbələrimlə dostam. Aramızda 40-50 il yaş fərqi var. Amma biz bir-birimizin hər hansı qələbəsi olanda sevinclə əl sıxırıq. Yəni çalışıram ki, uşaqlarla bərabərhüquqlu  davranışlara sahib olaq. Qoy böyüklər öz uşaqlarına kitab alsınlar, telefon almasınlar! Çünki kitabda olan bilikləri heç nə əvəz edə bilməz”. “Kiçikdən-böyüyə” verilişi hər həftənin cümə günü saat 18:45-də ölkənin ilk uşaq kanalı “ARB Günəş”in efirində yayımlanır.