Məktəblilər gigiyena qaydalarına riayət edirlərmi?

23 Oktyabr 2018 11:43

Uşaqlar günün çox hissəsini məktəbdə keçirir. Buna görə də təhsil ocaqlarında şagirdlərin gigiyenik qaydalara riayət etməsi vacib şərtlərdən biridir. Həm dərs, həm də tənəffüs zamanı şagirdlər müxtəlif əşyalara toxunur, təcrübə aparır, oyunlar oynayırlar. Nəticədə gözəgörünməz mikroblar onların əllərinə yapışır. Əlləri yumadıqda xəstəlik törədiciləri orqanizmə düşür. Bəs məktəblilər gigiyenik qaydalara riayət edirlərmi?İbtidai sinif müəllimi Kəmalə İbrahimxəlilova deyir ki, gündəlik şagirdlərin səliqəsinə nəzarət edilir.  Uşaqların dırnaqları, geyimləri sinfin təmizlik nümayəndəsi tərəfindən yoxlanılır. Bu da şagirdlərin gigiyena qaydalarına məsuliyyətlə yanaşmasına  sövq edir. Dostlar, unutmaq olmaz ki, yoluxucu xəstəliklər əsasən gigiyenik normalara əməl olunmayan yerlərdə daha çox olur. Çalışın ki, təmiz və səliqəli olasınız.  Belə olan halda siz xəstəliklərdən uzaq olacaqsız.