Bakıda Animafilm I Beynəlxalq animasiya festivalı keçirilib

23 Oktyabr 2018 11:50

Festivalın mövzusu – “Azərbaycan animasiyası” olub. Müsabiqəyə 63 ölkədən 500-ə yaxın film təqdim olunub. Münsiflər heyəti "Ən yaxşı qısametrajlı Azərbaycan animasiya filmi", "Ən yaxşı animasiyalı sosial çarx", "Ən yaxşı animasiyalı reklam", "Qısametrajlı animasiya filmi üçün ən yaxşı orijinal ssenari" kateqoriyaları üzrə  ekran işlərinə qiymət veriblər. Festival iştirakçıları müsabiqədənkənar proqramda ölkəmizin animasiya tarixindən bəhs edən "Azərbaycan animasiyası" kitabı ilə tanış olublar. Festivalın davamında tamaşa və animasiya kinosu ilə bağlı filmlər təqdim olunub