“Heyvanlara qarşı humanist davranış” aksiyası təşkil olunub

25 Oktyabr 2018 09:28

Xaçmaz Uşaq Gənclər İnkişaf Mərkəzində fəaliyyət göstərən dərnəklər arasında “Təbiəti qoruyaq” adlı müsabiqə keçirilir. “Bacarıqlı əllər”  dərnəyinin üzvləri bu aksiyada heyvanların qorunmasına diqqət çəkib. Aksiya “Heyvanlara qarşı humanist davranış” şüarı altında keçirilib. Tədbir çərçivəsində uşaqlar quşlar üçün evciklər düzəldib  və ağacdan asıblar. Xaçmaz Uşaq Gənclər İnkişaf Mərkəzində  bir neçə dərnək fəaliyyət göstərir. Onlardan biri də “Bacarıqlı əllər” dərnəyidir. Dərnəyin rəhbəri Hafizə Aydınova söyləyir ki, aksiyanın keçirilməsində məqsəd heyvanara qarşı mərhəmət hissini aşılamaqdır. “Bacarıqlı əllər”  dərnəyi  9-14 yaşlı uşaqlar üçün nəzərdə tutulub. Dərnək üzvləri yaxın zamanda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan sərgi təşkil edəcək. Burada  uşaqların əl işləri nümayiş olunacaq.