Məktəblilər köhnə kitabları bərpa edib

25 Oktyabr 2018 09:44

Quba rayonu Bağbanlı kənd tam orta məktəbində dilçilik dərnəyi fəaliyyət göstərir. Dərnəyin şagirdləri qismən sıradan çıxan kitabları bərpa etməyə qərar veriblər. Onlar cırılan və bərpaya ehtiyacı olan 20-ə yaxın kitaba yeni nəfəs bəxş edəcəklər.Bu işdə şagirdlərə dərnəyin rəhbəri Aliyə müəllimə də kömək edib. Uşaqlar  kitabların üz qabığını və cırılan vərəqlərini, qismən də olsa əvvəlki vəziyyətinə qaytarıblar. Müəllim Aliyə Qocayeva deyir ki, bəzi şagirdlər oxuduqları kitablarla yaxşı rəftar etmirlər. Yəni kitabları cırır, üzərində müxtəlif rəsmlər, nişanlar çəkirlər. Nəticədə dərsliklər yararsız hala düşür və tez sıradan çıxır.  Bu isə yolverilməzdir. Dostlar, kitab bilik mənbəyidir. Onları səliqəli istifadə etmək və qorumaq hər birimizin borcudur.