Gimnastikada uğur qazanan Nərmin Səmədova

25 Oktyabr 2018 10:18

Nərminə Səmədova  2004–cü ildə Bakı şəhərində anadan olub.  10 ildir bədii gimnastika ilə məşğul olur. İdmançı dostumuz  öz hədəflərinə çatmaq üçün böyük səylə çalışır. Gimnast həftə içi hər gün məşq edir. Nərminənin bu sahədə nailiyyətləri  çoxdur. Bədii gimnastika üzrə 34-cü Avropa çempionatında halqa ilə çıxışda 5-ci, gürzlərlə çıxışda isə 8-ci yeri tutub. İspaniyada keçirilən beynəlxalq turnirdə bürünc medal,  “AGF Junior Trophy2” beynəlxalq turnirində gümüş medal qazanıb. 14 yaşlı qəhrəmanımızın uğurları bununla bitmir. O, Polşada keçirilən “İrina Cup”  turnirində   Estoniyanın Tartu şəhərində təşkil olunan “Miss Valentine” adlı beynəlxalq yarışda gümüş medala layiq görülüb.Nərminə noyabr ayında keçiriləcək Bakı çempionatına hazırlaşır. Biz də idmançı dostumuza uğurlar arzu edirik.