Payız mövsümündə uşaqlarda yaranan göz xəstəlikləri

25 Oktyabr 2018 10:36

Göz insan üçün ən vacib orqanlardan biridir.  Görmə orqanımız zərif olduğuna görə tez zədələnə bilir. Payız-qış mövsümündə gözlərin qorunmaya daha çox ehtiyacı var. Çünki, bu fəsillərdə xəstəlik törədən mikrob fəal olur. Gülşən həkim bildirir ki, soyuq və küləkli havalarda göz yaşı kanalı tıxanıqlığı olan xəstələrin şikayətləri artır. Bu xəstəlik gözlərin sulanmasına səbəb olur. Bəs uşaqları göz xəstəliklərindən necə qorumaq olar?Gözdə xəstəliklərin yaranmasının səbəblərindən biri də uşaqların qapalı məkanlarda daha çox vaxt keçirməsidir. Bunun üçün gün ərzində  açıq havada tez-tez gəzməli və gigiyenik qaydalara əməl etmək lazımdır.