Telefon yoxsa oyuncaqlar, hansı daha faydalıdır?

25 Oktyabr 2018 10:45

Uşaqların zehni inkişafı və dünya görüşünün formalaşması üçün oyuncaqların xüsusi rolu var. Xüsusi ilə bağça yaşlı uşaqların oyuncaqlarla oynaması onlarda təxəyyülün və nitq qabiliyətinin formalaşmasına kömək edir.  Bağça müəllimi Dilşad Heydərova deyir ki, oyuncaqlarla vaxt keçirən uşaqlar daha çevik qərarlar verə bilir. Həmçinin fikirlərini sərbəst şəkildə ifadə etməyi bacarırlar.Bundan əlavə telefonla oynayan uşaqlarla müqayisədə daha sərbəst olurlar. Həkim Rasim Hacıyevin sözlərinə görə telefona bağlı olan uşaqlar həmyaşıdları ilə müqayisədə inkişafdan geri qalır. Çünki, belə uşaqlar az ünsiyyət qura bilirlər.Mütəxəssislər bildirir ki, uşağlar oyun vasitəsilə öz duyğularını və ehtiyaclarını ifadə edirlər.Həmçinin oyunlar vasitəsilə uşaqlar öz arzularını həyata keçirir, özlərini sevdiyi peşə sahiblərinə bənzədirlər.