İqlim dəyişikliyinə səbəb olan amillər hansılardır?

26 Oktyabr 2018 11:07

Beynəlxalq iqlim dəyişikliyi bütün dünyada aktual məsələlərdən biridir. Çayların çirklənməsi, iri fabrik və zavodlardan atmosferə daxil olan zəhərli qazlar, meşələrin qırılması iqlimə təsir edən səbəblərdir. Quba şəhər 2 saylı təbiət fənləri təmayüllü liseyin 7-ci sinif  şagirdləri də iqlim dəyişikliyi  mövzusunu müzakirə ediblər. Məktəblilər öyrənib ki, atmosferə buraxılan kimyəvi qazlar  yer kürəsində istixana effekti yaradır. Nəticədə planetimizdə orta temperatur artır və  bu qlobal iqlim dəyişikliyinə səbəb olur. İstiləşməni yaradan başlıca səbəb havada karbon qazının miqdarının artmasıdır. İqlim dəyişikliyinin qarşısını almaq üçün isə havaya buraxılan zərərli qazların miqdarı azaldılmalı, yaşıllıqlar salınmalıdır. Uşaqlar coğrafiya müəllimi Vüsalə Vəliyeva deyir ki, mütəmadi olaraq şagirdlərə bu mövzuda məlumat verilir. Çünki, iqlim dəyişikliyi kimi qlobal problemin həlli üçün cəmiyyətin, uşaqların  maariflənməsi vacibdir.Dərsin sonunda məktəblilər maraqlı səhnəcik nümayiş etdiriblər.