“Azad” idman klubunun üzvləri 9 qızıl, 3 gümüş medal qazanıb

26 Oktyabr 2018 11:18

Xaçmaz rayonunu təmsil edən “Azad” idman klubu“Müstəqillik günü”nə həsr olunan yarışda gücünü sınayıb. Kingboksing üzrə açıq çempionat İmişli rayonunda keçirilib. Yarışa 12 idmançı ilə qatılan “Azad” idman klubu 9 qızıl, 3 gümüş medal qazanıb. Yığmanın baş məşqçisi Ramin Nəcəfov yetirmələrinin qazandığı naliyyətlərdən razıdır.Çempionata ciddi hazırlaşan yumuruq ustaları, naliyyət qazanmağı bacarıblar.  “Azad” idman klubu 27-28 oktyabrda keçiriləcək Juboksing üzrə respublika kubokuna hazırlaşır.