Uşaqların muncuqlardan hazırladığı əl işləri

27 Oktyabr 2018 12:55

Qusar rayon Uşaq Gənclər inkişaf mərkəzinin bacarıqlı əllər dərnəyinin üzvləri maraqlı əl işləri hazırlayırlar. İstedadlı dostlarımız muncuqlardan müxtəlif güllər və aksesuarlar ərsəyə gətiriblər.Dərnək üzvləri rəngli iplərdən toxumalar da hazırlayırlar. Mərkəzin rəhbəri Lena Cəlilova deyir ki, uşaqlar burda vaxtlarını səmərəli keçirməklə bərabər həm də, müəyyən peşə bacarıqlarına yiyələnirlər. Məktəblilərin əl işləri rayonda təşkil olunan sərgilərdə nümayiş olunub.