Xalq artisti Nurəddin Mehdixanlı: “Xoşbəxt olmaq, yaşadığın həyatda hamıya faydalı olmaqdır”

29 Oktyabr 2018 11:20

“ARB Günəş”in efirində yayımlanan “Kiçikdən-böyüyə” verilişinin qonağı olan xalq artisti Nurəddin Mehdixanlı balaca Dənizin suallarını cavablandırıb. Tanınmış aktyor böyüklərin uşaqlarla davranışda çox diqqətli olmasının vacibliyini vurğulayıb. Dənizin ”Xoşbəxtlik nədir?” sualına cavab verərkən “Xoşbəxt olmaq, yaşadığın həyatda hamıya faydalı olmaqdır” deyib. Uşaqlığının çox maraqlı keçdiyini deyən xalq artisti yenidən o illərə qayıtmaq istədiyini də dilə gətirib. Nurəddin Mehdixanlı Dənizə gələcəkdə peşman olmamaq üçün yaxşı oxumağı və valideynlərin məsləhətlərinə qulaq asmağı tövsiyə edib.