Xalq artisti: ”Bacılarımın da, mənim də gözümüzdən yaş axırdı ki, biz ailə qurmaq istəmirik”

30 Oktyabr 2018 10:43

Xalq artisti, tanınmış xanəndə Gülyaz MəmmədovaARB Günəş” inMən məktəbli ikəntelelayihəsində məktəb illərindəki xatirələrini bölüşüb. O, Şəki rayonunun Böyük Dəhnə kənd orta mətəbində təhsil alıb. Xalq artisti bildirib ki, həmin dövrdə kənd yerində oxumaq asan deyildi: “Geniş ailə olduğumuzdan, böyük bacılarımın paltarlarını geyinirdik. Birbirimizin paltarı ilə, çantası ilə böyümüşük”- deyə,  Gülyaz Məmmədova əlavə edib. İlk dərs gününü xatırlayan Gülyaz xanım deyib ki, uşaq vaxtı onu evdə “Gilas” deyə çağırırmışlar. Anası o birinci sinfə başalayanda digər bacılarına tapşırıb ki, məktəbdə onu öz adı çağırsınlar.Gülyaz xanım deyib ki, həmin dövrdə kənddəki qızların əksəriyyəti onuncu sinfə çatan kimi ailə qururdular: “Onuncu sinfə çatan kimi elçilər qapını kəsdiridi və qızları ərə verirdilər.  Bacılarımın da, mənim də gözümüzdən yaş axırdı ki, biz ailə qurmaq istəmirik. O vaxt oxumağa yaxşı baxmırdılar. Qarşıma məqsəd qoydum ki, mən oxuyacam və ailəm də mənə dəstək oldu “ –deyə Gülyaz Məmmədova bildirib. “Mən məktəbli ikən” verilişi hər həftənin bazar günü saat 19:30-da “ARB Günəş”in efirində yayımlanır.