Şahmatçı Aysel Gəncədə Təhsil İdman Mərkəzinin təşkil etdiyi yarışda gücünü sınayacaq

30 Oktyabr 2018 10:49

Şahmatçı dostumuz Aysel Avropa çempionatında iştirak edib. O, Latviyanın paytaxtı Riqada 10 yaşlı qızlar arasında keçirilən yarışda gücünü sınayıb. İdmançı dostumuz 82 şahmatçı arasında 7 yeri tutub. Aysel  9 oyundan 6 xal toplayıb.Aysel bu il Qusar rayonunda 16 yaşadək məktəblilər arasında keçirilən şahmat olimpiadasında II yerə layiq görülüb. O, Azərbaycan çempionatında da fərqlənməyi bacarıb. Şahmatçı 20-30 noyabr tarixində Gəncə şəhərində Təhsil İdman Mərkəzinin təşkil etdiyi respublika birinciliyində gücünü sınayacaq. Latviyada yaxşı nəticə göstərdiyi üçün, birbaşa final mərhələsində mübarizə aparacaq.