Paytaxtda “Şagird həftəsi” layihəsinə start verilib

30 Oktyabr 2018 11:29

“Şagird həftəsi” layihəsi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə  keçirilir. Bakı şəhəri 263 nömrəli tam orta məktəbdə bir günlük direktor, direktor müavinləri, uşaq birliyi rəhbəri, psixoloq, hərbi rəhbər vəzifələrinin icrası əlaçı və bacarıqlı şagirdlərə tapşırılıb. İdarəetmədə iştirak edən məktəblilər VIII, IX, X, XI sinif şagirdləri arasından seçilib. Gün ərzində tədris ocağında mövcud iş rejimi gözlənilib. Şagirdlər onlara tapşırılan işlərin öhdəsindən məharətlə gəlməyə çalışıblar.Məktəbli dostlarımıza sevdikləri fəndən dəsr demək imkanı da yaradılıb. Onlar öz müəllimlərini əvəz ediblər.Layihə çərçivəsində şagirdlərin ali təhsil müəssisələrinə ekskursiyası da nəzərdə tutulub. “Şagird həftəsi” layihəsi ilə bağlı məktəbdə “Açıq qapı günü” təşkil olunacaq. Həmin gün tədris ocağının idarəetməsində iştirak edən şagirdlər və həftə ərzində yerinə yetirilən tapşırıqlar haqqında valideynlərə məlumat veriləcək.