Herbari necə hazırlanır?

31 Oktyabr 2018 10:18

Məktəblilərin maraqlı hobbilərindən biri də herbari hazırlamaqdır. Quba Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdləri bu məqsədlə təbiət qoynuna ekskursiya ediblər. Uşaqlar əvvəlcə müxtəlif növ ağacların yarpaqlarını toplayıblar.Herbari hazırlamaq üçün bizə albom da lazımdır. Sonra topladığımız yarpaqları yapışqanla albomun vərəqlərinə yapışdırmalıyıq.Əgər heribarinin rəngarəng olmasını istəyirsinizsə kiçik ölçülü yarpaqlardan istifadə etməyiniz məsləhətdir.Məktəblilər payız bitənə kimi otlardan və cücülərdən  heribari hazırlamaq  niyyətindədilər.