Quba rayonu, Dağlı kənd tam orta məktəbinin 13 yaşlı qızlardan ibarət futzal klubu birinci yerə layiq görülüb

01 Noyabr 2018 11:01

Quba rayonu, Dağlı kənd tam orta məktəbinin 13 yaşlı qızlardan ibarət futzal klubu məktəblilər arasında keçirilən turnirdə birinci yerə layiq görülüb. “Qızlar Futzal Kuboku” turnirində Xaçmaz, Xudat və Quba məktəblilərinin 12 komandası gücünü sınayıb.  Yarışın  keçirilməsində əsas məqsəd gələcəkdə qızlar arasında futzal liqasını təşkil etmək, həmçinin milli komandanı yaratmaqdır. 2014-ci ildən fəaliyyət göstərən Dağlı kənd orta məktəbinin futzal klubu AFFA və Təhsil Nazirliyinin təşkilatçılığı ilə yaradılıb. Komandanın heyətində 17 futbolçu yer alıb.Dağlı kənd tam orta məktəbinin futzalçıları keçirdikləri beş oyunda bir dəfə də qapısında qol görməyib. Futzalçılar AFFA tərəfindən medal və kubokla təltif olunublar. Yarışda Qırmızı qəsəbə məktəbliləri 2-ci, Qaraçay məktəbliləri isə 3 yerə layiq görülüb.