Tullantılardan əl işləri hazırlamağın üsulları

01 Noyabr 2018 11:31

Fikrət Səfixanov Qusar rayon Uşaq Gənclər İnkişf mərkəzinin Texniki yaradıcılıq dərnəyinin üzvüdür. İstedadlı dostumuz tullantı materiallarından maraqlı əl işləri hazırlayır. Ramazan isə yük maşını, traktor və minik avtomobillərinin maketlərini hazırlayır. Bir əl işinə 4-5 gün vaxt sərf edir. Dərnəyin rəhbəri Adil Piroğlanov deyir ki, şagirdlər burda asudə vaxtlarını səmərəli keçirirlər. Yaradıcı işlə məşğul olmaq onların bilik və bacarıqlarını  inkişaf etdirir.İstedadlı dostlarımız əl işlərinin sayını artırıb sərgi təşkil etmək niyyətindədirlər.