3D kitabların uşaqların zehni inkişafı üçün hansı əhəmiyyəti var?

02 Noyabr 2018 10:50

Kitab oxumaq uşaqların zehni inkişafı üçün ən yaxşı vasitədir. Azyaşlıların mütaliəyə həvəsini artırmaq üçün naşirlər, yazarlar müxtəlif üsullar fikirləşir, kitabları daha cəlbedici formada təqdim etməyə çalışırlar. Bunlardan biri də 3D kitablardır.  Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında da 3D formatında kitablar yer alır.3D kitablar maraqlı şəkillər və səslərlə zəngindir. Canlı aləmlə birbaşa tanışlığı təmin edir. Məktəblilər bu kitablara  böyük həvəs göstərirlər.Kitabxanada planetlər, heyvanlar aləmi, döyüşçülər, Afrika safarisi, sualtı aləm və rəqəmlərdən bəhs edən, eləcə də ingilis dilini öyrənmək üçün 3D kitablar mövcuddur.Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında azyaşlıları mütaliəyə cəlb etmək üçün mütəmadi olaraq maarifləndirici tədbirlər təşkil olunur. Noyabrın 9-u kitabxanada Bayraq gününə həsr olunan "Tarixdən qədimdir, zamandan qoca" adlı rəsm və əl işlərindən ibarət sərgi keçiriləcək.