Cizgi film qəhrəmanlarını çəkən məktəbli

02 Noyabr 2018 10:59

Dostumuz Çingiz səkkiz ildir ki, rəssamlıqla məşğul olur. Rəssam Şabran rayonunun Günəşli kəndində yaşayır. İstedadlı məktəbli əsasən cizgi filmi qəhrəmanlarını çəkir. Məktəbli rənkarlığın sirlərini özü öyrənib. Çəkdiyi rəsmlər arasında dünyaca məşhur cizgi filmlərinin qəhrəmanları yer alıb.Fırça həvəskarı 900-ə yaxın cizgi filmi qəhrəmanını tablolara köçürüb. Balaca dostumuz gələcəkdə rəssamlıq istiqamətində təhsilini davam etdirmək istəyir.