Məktəblilər Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutuna ekskursiya ediblər

02 Noyabr 2018 11:07

Şagirdlər əvvəlcə tumurcuqdan yetişdirilən bitkilərlə tanış olublar. Bu bitkilər mikroklonal üsulla ərsəyə gəlib. Rüşeymlər xüsusi temperaturlu, işıqlı və rütubətli iqlim otağında qida mühiti adlanan qablarda əkilir. Bitkilərin boyu 3-4 santimetrə çatanda kök salma mərhələsinə keçir. Tinglər 4 ay lobaratoriya şəraitində saxlanılır. Quba Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunda 17 müxtəlif ağac növü yetişdirilir. Qarşıdakı 3 il ərzində ölkəmizin tinglə tam təmin olunması üçün illik 5 milyon ting yetişdirilməsi planlaşdırılır.