Xaçmazda 3-4 yaşlı uşaqlar üçün icma əsaslı məktəbəqədər təhsil qrupları yaradılıb

03 Noyabr 2018 12:54

Xaçmaz rayonu, Uzunoba kənd tam orta məktəbində UNİCEF və Təhsil Nazirliyinin təşkilatçılığı ilə 3-4 yaşlı uşaqların icma əsaslı məktəbəqədər təhsil qrupları yaradılıb. Məşğələlər həftədə 4-5 gün keçilir. Hazırda qrupda 20 şagird təhsil alır. Tədris zamanı balacalara özünü ifadə etmə bacarıqları aşılanır, rənglər, rəqəmlər, fiqurlar, təbiət haqqında ilkin biliklər öyrədilir. Məşğələlər zamanı uşaqlar səsli nağıllar da dinləyirlər. Xaçmaz rayonunda 7 icma əsaslı məktəbəqədər təhsil sinfi fəaliyyət göstərir.  Bunlardan ikisi kənd məktəblərində, beşi isə rayon mərkəzindəki təhsil müəssisələrindədir. Hazırlıq qruplarına 100 yaxın şagird cəlb olunub.