"Yuxunuz şirin olsun" verilişi bu gündən etibarən yeni aparıcı ilə efirdə olacaq

05 Noyabr 2018 14:19

Ölkənin ilk uşaq televiziya kanalı olan “ARB Günəş” yeni mövsümdə  öz balaca izləyicilərinin qarşısına maraqlı layihələrlə çıxır. Bu layihələrdən biri də “Yuxunuz şirin olsun” verilişidir. Teleproqramda uşaqlara yatmazdan öncə onların xəyal dünyasını və təxəyyülünü inkişaf etdirən nağıllar danışılır. Verilişin məqsədi uşaqlarda mütaliəyə sevgi və oxuma vərdişinin yaradılması, eləcə də, ana dilimizin sevdirilməsinə töhvə verməkdir.Veriliş  hər gün saat 20:55-də yayımlanır. "Yuxunuz şirin olsun"un  aparıcısı  bu gündən etibarən Aysel Qəhrəmanlı və məşhur nağıl qəhrəmanı Qırmızıpapaq olacaq