10-13 yaşlı qızlar arasında futbol üzrə respublika birinciliyi keçirilir

06 Noyabr 2018 11:21

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının təşkilatçılığı ilə 10-13 yaşlı qızlar arasında futbol üzrə respublika birinciliyi keçirilir. Komandalar hər həftənin  şənbə və  bazar günləri  Abşeron Olimpiya İdman Kompleksində qarşılaşır.  Yarışın təşkilində məqsəd futbolun inkişafını təmin etmək və istedadlı futbolçu qızları milli komandaya cəlb etməkdir. Futbolçu qızlar arasında respublika birinciliyi 5 ildir təşkil olunur. Yarışda paytaxt və regionlarda fəaliyyət göstərən bir çox komandalar iştirak edir.İdmançı dostlarımız yarışa böyük həvəslə hazırlaşıblar. Hər biri çempionluğu qazanmaq əzmi ilə meydana çıxır.Respublika birinciliyi may ayına kimi davam edəcək. Sonda qalib komandalar kubok, medal və diplomlarla mükafatlandırılacaq.