Qubada yüngül atletika üzrə respublika çempionatının rayon turu keçirilib

06 Noyabr 2018 12:32

Qubada məktəblilər arasında yaxın və uzaq məsafələrə qaçış üzrə respublika çempionatının rayon mərhələsi keçirilib. Yarış Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin birgə  təşkilatçılığı ilə baş tutub. Yarışda 120  oğlan və 120 qız olmaqla 240 idmançı gücünü sınayıb.  Məktəblilər 100, 200 və 400 metrlik  məsafələri  qət etməklə birincilik uğrunda mübarizə aparıblar.Qaçış üzrə respublika çempionatının rayon mərhələsində ilk 3 yeri tutan komandalar diplom və hədiyyələrlə təltif olunacaq.