İlin ən fəal gənc müəllimi

06 Noyabr 2018 12:39

Xaçmaz rayonu, Xudat şəhər 4 saylı tam orta məktəbin ingilis dili müəllimi Sərxan Cəfərov Qazaxıstanın Almatı şəhərində keçirilən beşinci Türk Dünyası Beynəlxalq araşdırmalar simpoziumunda iştirak edib. 15 ölkənin qatıldığı mərasimdə 482 elmi iş təqdim edilib. Sərxan Cəfərovun təqdim etdiyi, “Təhsil Sistemində Beynəlxalq və Milli” araşdırmalar layihəsi 15 ən yaxşı layihə sırasına seçilib.   Müəllim 15 ölkənin təhsil sistemindən öyrəndiklərini dərslərində tətbiq edir. Həmçinin şagirdlərin ingilis dilinə olan marağını artırmaq üçün müxtəlif  üsullardan yararlanır. Sərxan Cəfərov həmçinin təhsil sistemində fəal iştirakına görə 2018-ci ilin ən peşəkar gənc müəllimi adına layiq görülüb.