“Uşaq inkişaf hesablarına yeni yanaşma” mövzusunda beynəlxalq konfrans keçirilib

07 Noyabr 2018 12:02

Bakıda “Uşaq İnkişaf Hesabları: Uşaq rifahına yeni yanaşma” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb. Konfrans “Azərbaycan uşaqlarının parlaq gələcəyinin təmin edilməsi və həyata inamla başlamaları üçün Uşaq İnkişaf Hesabları haqqında maarifləndirmənin aparılması”  layihəsi çərçivəsində baş tutub. Beynəlxalq tədbirə Amerika Birləşmiş Ştatları, İsrailvə digər ölkələrdən olan mütəxəssislər də qatılıb. Konfransın gündəliyində uşaq müdafiə sistemindəki ümumi problemlər, bu sahədə olan çətinliklər, uşaq inkişaf hesabları siyasəti və praktikası, ölkəmizdəki bu proqramın tətbiqi müzakirə olunub.Tədbirdə çıxış edənlər konfransın çox vacib və əhəmiyyətli məsələyə həsr olunduğunu bildiriblər.