Hacağa Hacıyev IV respublika fənn müsabiqəsində fizika üzrə qızıl medala sahib olub

07 Noyabr 2018 12:09

Qubada yaşayan məktəbli dostumuz Hacağa Hacıyev IV respublika fənn müsabiqəsində fizika üzrə qızıl medala sahib olub. Olimpiada 6-7 sinif şagirdləri arasında keçirilib. Riyaziyyat, fizika, kimya, biologiya və informatika fənlərini əhatə edən müsabiqədə 1400-ə  yaxın məktəbli biliyini sınayıb. Nurhan Teymurxanlı da respublika fənn müsabiqəsində ən yüksək  nəticə göstərənlər sırasındadır. Məktəbli dostumuz ötən il də riyaziyyat olimpiadasında qızıl medala layiq görülüb.Ümumilikdə respublika fənn olimpiadasında 26 nəfər qızıl, 51 nəfər gümüş, 78 nəfər isə bürünc  medal qazanıb.