“Mənim yay tətilim -2018” adlı Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi keçirilib

07 Noyabr 2018 12:17

Xətai Sənət Mərkəzində  “Mənim yay tətilim -2018” adlı Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi  keçirilib. Sərgi  Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi və Rəssamlar İttifaqının dəstəyi, Dövlət Rəsm Qalereyası və  Xətai Sənət Mərkəzinin birgə  təşkilatçılığı ilə  baş tutub.Müsabiqədə 700 yaxın uşaq iştirak edib. Onlar tərəfindən  1700-ə qədər əsər təqdim olunub. Məktəblilər yay istirahətlərini və tətildə yaddaqalan hadisələri tabloda əks etdiriblər.Tədbirin sonunda sərgidə iştirak edən rəssam uşaqlar mükafatlandırılıb