Uşaqlar müxtəlif ölkələrin bayraqlarının rəsmini çəkib

09 Noyabr 2018 11:19

Quba uşaq gənclər inkişaf mərkəzinin şagirdləri dövlət bayrağımızın 100 illiyi münasibətilə maraqlı rəsmlər çəkiblər. Fırça həvəskarları üç rəngli bayrağımızı tablolarında maraqlı şəkildə təsvir ediblər.Dostlarımızın çəkdiyi bayraq rəsmləri arasında qardaş Türkiyənin, Misir, Küveyt, Pakistan, Fransa və digər ölkələrin bayraqları yer alıb. Rəsm dərnəyinin müəllimi Pərvin Eyyubova deyir ki, bayraq rəsmlərinin təsvirində məqsəd həm uşaqlara vətənpərvərlik hislərini aşılamaq, həm də onları digər ölkələrin bayraqları ilə yaxından tanış etməkdir. İstedadlı dostlarımız yaxın gələcəkdə bütün ölkələrin bayraqlarının rəsmlərini çəkmək niyyətindədilər.