Bakı şəhər 229 saylı tam orta məktəbdə Bayraq Gününə həsr edilən tədbir keçirilib

10 Noyabr 2018 14:04

Tədbir 8 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi və 229 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə baş tutub. Məqsəd uşaqların vətənpərvər ruhda tərbiyəsi, onlarda dövlətimizə, bayrağımıza sevgi aşılamaqdır.Məktəblilər vətənpərvərlik mövzusunda yazılmış şeirlər səsləndirib, musiqilər ifa edib, maraqlı rəqs nömrələri ilə çıxış ediblər.Noyabrın 12-si məktəbdə Azərbaycan Respublikasının Konstitusiya gününə həsr olunan tədbir keçiriləcək. Müəllim və şagirdlər dəyirmi masa ətrafında müzakirə aparacaq, dostlarımızın əl işlərindən ibarət sərgi nümayiş olunacaq.