Siyəzən şəhər 6 saylı tam orta məktəbdə Bayraq Günü təntənəli şəkildə qeyd olunub

10 Noyabr 2018 14:37

Tədbirdə təhsil şöbəsinin əməkdaşları, müəllimlər və şagirdlər iştirak ediblər. Əvvəlcə şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.Çıxış edənlər dövlət bayrağımızın azadlıq, yenilməzlik və ucalıq  rəmzi olduğu qeyd ediblər. O da bildirilib ki, hər bir məktəbli, hər bir vətəndaş  bayrağımızı uca tutmalı, vətənimizin müstəqilliyi və inkişafı üçün əlindən gələni əsirgəməməlidir. : Daha sonra şagirdlər bayrağımıza həsr olunan şerlər səsləndiriblər.Tədbir  şagirdlərin çıxışları ilə davam edib.