Oğlu şair Baba Vəziroğlunu çəkilişdə çətin duruma saldı

13 Noyabr 2018 09:20

“ARB Günəş”in  “Kiçikdən-böyüyə” layihəsində  bu dəfə şair Baba Vəziroğlu oğlu 9 yaşlı Kamalla həmsöhbət olub. Verilişin çəkilişi zamanı maraqlı anlar yaşanıb. Kamalın “Böyük olmaq necə hisdir?” sualını eşidən Baba Vəziroğlu “Səndən asan suallar gözləyirdim, bu çox çətin sualdır” bildirib. Şair Kamala öz uşaqlıq illərindən danışıb. Nələrdən qorxduğu, məktəbə gedərkən üzləşdiyi çətinliklərdən söz açıb. Həmin illərin həyatında çox dəyərli    olduğunu və o anların  geridə qaldığı üçün kədərləndiyini bildirib. Baba Vəziroğlu Kamalla söhbət əsnasında həyatda uğur qazanmaq üçün dərsləri yaxşı oxumağın vacibliyini vurğulayıb. 9 yaşlı məktəbli də gələcəkdə atası kimi şair olmaq istədiyini deyib. “Kiçikdən-böyüyə” verilişi hər həftənin cümə günü saat 18:45-də “ARB Günəş”in  efirində yayımlanır.