Aqil Abbas: “Futbolda bəxtim gətirməyib, həmişə ehtiyatda olmuşam”

13 Noyabr 2018 09:26

Millət  vəkili, əməkdar jurnalist Aqil Abbas “ARB Günəş”in  “Mən məktəbli ikən” verilişinin qonağı olub. Millət vəkili uşaq olanda valideynləri onun həkim olmasını istəyib. Amma Aqil Abbas uşaq yaşlarından ədəbiyyata və rəssamlığa həvəs göstərib. Anası onun xəbəri olmadan 1-ci sinifdən 9-cu sinfə qədər olan bütün dəftərlərini qoruyub saxlayıb. 4-cü sinifdə oxuyanda “Böyünəndə kim olacaqsan?” mövzusunda ev tapşırığı olub:  “Sən demə, həmin dəftərə yazmışam ki, böyüyəndə jurnalist olmaq istəyirəm.  Anam dəftəri verəndə məni gülmək tutdu. Atam o vaxtı mənə hirsləndi ki bəs niyə həkim olmadın” – deyə millət vəkili əlavə edib.  Aqil Abbas bildirib ki, dərslərini yaxşı oxuyub və aktiv şagird olub.  Bircə futbolda bəxti gətirməyib: “Qapıçı idim və boyum balaca olduğuna görə yaxşı oynaya bilmirdim. Deyə bilərəm ki, futbolda  bəxtim gətirməyib, həmişə ehtiyat qapıçı olmuşam”