Qubada basketbol üzrə rayon birinciliyi keçirilib

13 Noyabr 2018 10:46

Basketbol yarışı Təhsil Nazirliyi, Gənclər İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Məktəb İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə baş tutub. 16 məktəb komandasının qatıldığı turnir  4 turdan ibarət olub.  Yarışda ilk iki yeri tutan komandalar dekabrda Qusar rayonunda keçiriləcək zona birinciliyində iştirak edəcəklər. Finala vəsiqə qazanan  heyətlər Bakıda keçiriləcək respublika birinciliyində güclərini sınayacaqlar.Basketbol yarışında birinci yeri Zərdabi qəsəbə tam orta məktəbi, ikinci yeri Hacıhüseynli kənd tam orta məktəbi, üçüncü yeri isə Qaraçay kənd tam orta məktəbinin komandası tutub.